Xalça toxuma prosesi

Xalça toxuma prosesi Admin Dekabr 6, 2025

Xalça toxuma prosesi

xalca_23488587-800x300-1

Xalça toxumaya hazırlıq

Xalça toxuyan şəxs gələcək xalçanın ölçüsünü, ilmələrin sıxlığını, naxışların xarakterini və kompozisiyasını, həmçinin bir çox digər amilləri nəzərə almalıdır. Toxuma zamanı xalçanın quruluşu formalaşır və hana (toxuculuq dəzgahı) üzərində arğac və ilmə ipliklərinin ardıcıl toxunması nəticəsində xalça hazırlanır. Hazırda müxtəlif xalçaların istehsalı üçün fərqli növ hanalardan (toxuculuq dəzgahlarından) istifadə olunur.

Kirkit

Kirkit xalça toxunarkən ilmələri möhkəmlətmək üçün istifadə olunan alətdir. Azərbaycanın bəzi bölgələrində bu alət “daraq” adlanır. Keçmişdə kirkit ağacdan və ya buynuzdan hazırlanırdı. Kirkitin iki, üç və ya dörd dişi olurdu. Zamanla digər alətlər kimi kirkit də təkmilləşdirildi, dişlərinə metal ucluqlar əlavə edildi. Texnoloji tələblərə tam cavab vermədiyi üçün sonradan kirkit bütöv metaldan hazırlanmağa başladı və müasir kirkit nümunələri ortaya çıxdı.
Xalça toxuma qayçısı
Xalça toxumanın ilk dövrlərində qayçıdan istifadə olunmurdu. Sonralar xalçanın xovunun hamar olması üçün adi ev qayçıları istifadə edilməyə başlandı. Keçmişdə adi qayçıların istifadəsi xalçanın keyfiyyətinə müsbət təsir etsə də, barmaqların sərbəst hərəkətini çətinləşdirirdi. Bu cür qayçılar xalçanın keyfiyyətini müəyyən qədər aşağı salırdı.


Xalça toxuma bıçağı
Uzun müddət xalça toxuma zamanı ipi kəsmək üçün sadə dəmirçi bıçaqları istifadə olunurdu. Kənd yerlərində bu bıçaqlar əsasən köhnə oraqdan hazırlanırdı. XIX əsrin əvvəllərindən istifadə olunmağa başlayan müasir bıçaq isə qarmaq, kəsici hissə və dəstəkdən ibarətdir. Bu bıçaq həm də səhvləri düzəltmək, ilmələri açmaq və bağlamaq üçün istifadə olunur. Müasir xalça toxuma bıçağı ipi qarmaqla tutur, ilməni bağlayır və ipi kəsir.

Scroll to Top